"Beşiktaş"da ayrılıq

14:48 9 İyul 2017

"Beşiktaş" bir futbolçusu ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, "qara qartallar" Gökhan İnlerlə yola davam etməmək qərarı verib. Heyətə düşməkdə çətinlik çəkən 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, türk əsilli isveçrəli futbolçu "Beşiktaş"a ötən mövsümün əvvəlində "Lester"dən transfer olmuşdu. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 30 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti