“Beşiktaş” ciddi itki ilə üzləşib.
Sportrena.az xəbər verir ki, son məşqlərdən birində zədələnən Gökhan Törə uzun müddətə sıradan çıxıb. Onun diz bağlarından əməliyyat olunmaq üçün Almaniyaya getdiyi bildirilib.
Türkiyə mətbuatı isə yazıb ki, 25 yaşlı yarımmüdafiəçi 3 ay yaşıl meydanlardan uzaq qalacaq.