22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunacaq.
Sportarena.az xəbər verir ki, “Dalğa Arena”nın əsas meydanında KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə mini-turnir keçiriləcək. 4 komandanın mübarizə aparacağı turnir yarımfinal qarşılaşmalarından və final oyunundan ibarət olacaq.
Oyunları idarə edəcək hakimlər media nümayəndələri arasından müəyyənləşdiriləcək.
KİV təmsilçilərini AFFA-dan “Dalğa Arena”ya və əks istiqamətdə aparıb-gətirmək üçün avtobus təşkil olunacaq.
Qalib komandaya AFFA-nın hədiyyələri təqdim olunacaq.