"Samtredia"nın baş məşqçisi: "Cütün taleyinə ilk matçda aydınlıq gəlməyəcək”

13:21 10 İyul 2017

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze Gürcüstan mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis Ağdam təmsilçisi barədə də fikirlərini bildirb. O, “köhlən atlar”ın yoxlama oyunlarındakı nəticələrinə əsasən bu komanda barədə fikir bildirməyin düzgün olmadığını deyib:

 

“Yoxlama görüşlərində 10 qol buraxmaq heç nə demək deyil. Yəni yoldaşlıq görüşünə əsasən hansısa komandanın gücünü, hədəfini müəyyən etmək olmaz. “Qarabağ” güclü komandadı, onlarla mübarizə aparmalı olacağıq. Bizim məqsədimiz bu komandanı keçməkdi. Rəqibi təhlil edərkən güclü və zəif cəhətlərini araşdırırsan. Qalan hər şey meydanda müəyyən olunur. Düşünürəm ki, cütün taleyinə ilk matçda aydınlıq gəlməyəcək”.


Digər xəbərlər

Xəbər xətti