“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Muarem Muarem Qazaxıstan Premyer Liqasında debüt oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, 20-ci turda makedoniyalı futbolçunun yeni komandası “Aktobe” “Okjetpes”lə qarşılaşıb. 3:0 hesabı ilə yekunlaşan bu matçda Muarem 2 qolun ötürməsini verib. O, yekunda görüşün ən yaxşı futbolçusu seçilib. Əsas heyətdə meydana çıxan keçmiş “Qarabağ”lı 90+2-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu görüşdə “Okjetpes”in qapısını “Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç qoruyub.