İyulun 29-da Mayamidə “Barselona” ilə “Real” üz-üzə gələcək.
Sportarena.az xəbər verir ki, İspaniya nəhəngləri Beynəlxalq Çempionlar Kuboku çərçivəsində qarşılaşacaqlar. Bu oyuna biletlər hələ mart ayında 20 dəqiqə ərzində tamamilə satılmışdı.
Hazırda biletləri yalnız “qara bazar”dan əldə etmək mümkündü. “Qara bazar”da isə bir biletin 10 min dollara təklif olunduğu bildirilir.