"Milan"ın futbolçusu Karlos Bakka Fransaya getməyə hazırlaşır.
Sportarena.az xəbər verir ki, baş məşqçi Vinçenza Montellanın yeni mövsüm üçün heyətdə istəmədiyi futbolçu "Marsel"lə anlaşmağa yaxındı.
"Arsenal"dan Oliver Cirudu istəsə də bu arzusunu gerçəkləşdirə bilməyən "Marsel" rəhbərliyi Bakka üçün 20 milyon avrosundan keçməyə hazırdı.
Qeyd edək ki, kolumbiyalı futbolçu ötən mövsüm meydana çıxdığı 34 oyunda 14 qola müəlliflik edib.