Gia Tsetsadze: "Bunu sabahkı oyundan sonra özünüz görəcəksiz" - MÜSAHİBƏ

23:30 10 İyul 2017

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”la qarşılaşacaq “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze oyundan öncə mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

 

- “Samtredia”da futbolçular arasında ümumi əhval ruhiyyə necədi?
- Komandada hazırda hər şey yaxşıdı.

 

- Komandanın oyunundan razısız?
- Bəli, komandamın oyunundan razıyam. Bundan öncə də Bakıda oynamışdıq. Matça tam hazırıq.

 

- Ötən il “Qəbələ”yə 1:5 hesabıyla uduzmuşduz...
- Keçən ilkiylə müqayisədə komanda daha təcrübəlidi.

 

- Sabahkı oyunda qeydə alınacaq heç-heçə sizi qane edəcək?
- Bunu sabahkı oyundan sonra özünüz görəcəksiz. Fikrimcə, bizim üçün yaxşı oyun olacaq.

 

- Bizdə “Qarabağ”la “Qəbələ” həmişə müqayisə olunur. Sizcə, bu komandalardan hansı daha üstündü?
- Məncə, “Qarabağ” daha güclüdü.

 

- Komanda avrokubokda ev oyunlarını niyə Tiflisdə keçirir?
- Samtrediadakı arena standartlara cavab vermədiyindən, ev oyunlarımızı Tiflisdə keçiririk. Lakin “Dinamo-Arena”nı sırf mənim istəyimlə seçmişik.

 

- “Qarabağ”da hansı oyunçunu fərqləndirərdiz?
- “Qarabağ” komanda olaraq güclüdü.

 

- Rəqib yoxlama oyunlarında məğlub olub...
- Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdu. Ümumiyyətlə, yoxlama oyunlarında qeydə alınan nəticə rəsmi oyunlara təsir etmir.


Digər xəbərlər

Xəbər xətti