İngiltərənin "Liverpul" klubu növbəti transferini gerçəkləşdirib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son çempion "Çelsi"nin hücumçusu Dominik Solankeni heyətinə qatıb. Bu barədə mersisaydlıların rəsmi saytı məlumat yayıb. "Zadəganlar"la müqaviləsinin müddəti başa çatan futbolçu "Liverpul"a azad agent kimi - pulsuz başa gəlib. Lakin müqavilənin müddəti və digər detallar barədə açıqlama verilmir.
20 yaşlı futbolçu "Liverpul"da 29 nömrəli forma ilə oynayacaq. Solanke 2015/16 mövsümündə Hollandiyanın "Vitess" klubunda icarədə də çıxış edib.
Qeyd edək ki, "Liverpul" daha öncə İtaliyanın "Roma" klubundan Məhəmməd Salahı transfer etmişdi.