Almaniyanın "Aue" klubunda çıxış edən millimizin üzvü Dmitri Nazarovun Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələndiyini xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin durumuna aydınlıq gəlib. Nazarovun zədəsinin ciddi olmadığı məlum olub. Bunu yerli mətbuata açıqlamasında "Aue"nin məşqçisi Robin Link deyib. O, Nazarovun tezliklə yaşıl meydanlara qayıdacağını bildirib:
"Nazarov tibbi müayinədən keçdi. Onun zədəsinin ciddi olduğunu düşünürdük, amma belə olmaması yaxşı oldu. Dmitrinin əməliyyata da ehtiyacı yoxdu. O, yaxın vaxtlarda yaşıl meydanlara qayıdacaq".