"Qalatasaray"dan növbəti transfer

17:54 11 İyul 2017

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi "Sevilya"nın müdafiəçisi Mariano Fereyranı transfer edib. 31 yaşlı sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanacaq. Braziliyalı futbolçunun keçidi üçün "cim bom" Əndəlus təmsilçisinə 4,6 milyon avro ödəyəcək. "Sambaçı" özü isə "Qalatasaray"da illik 2,2 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Mariano "Sevilya" forması ilə 76 matçda meydana çıxıb. O, La Liqa klubu ilə Avropa Liqasının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti