Tsetsadze: "Biz hakimə görə uduzmadıq"

23:41 11 İyul 2017

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”a 0:5 hesabıyla uduzan “Samtredia”nın baş məşqçisi Gia Tsetsadzenin oyundan sonra mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyundan öncə çox iddialı danışmışdız. Bu hesabdan sonra nə deyə bilərsiz?
- Matçdan öncə bütün məşqçilər öz komandasına inandığını deyir. Bizim hələ mərhələ keçmək şansımız var. Bu gün sadəcə, oyunumuz alınmadı.

 

- Hakimlərin idarəçiliyi barədə nə deyə bilərsiz?
- Hakimlik barədə danışmaq istəmirəm. Oyunun videoyazısına baxdıqdan sonra bu barədə danışa bilərəm.

 

- Birinci penaltidə hakimin səhvi var idimi?
- Biz hakimə görə uduzmadıq. Oyunu komanda uduzdu. Qarşılaşmanı analiz edib, səhvlərimizdən nəticə çıxaracağıq.

 

- Sizcə, doğrudan, “Samtredia”nın şansı var?
- “Qarabağ”ın şansının daha çox olduğunu hələ əvvəlcədən demişdim.

 

- Bu gün “Qarabağ” daha yaxşı oynadı, yoxsa “Samtredia” daha zəif?
- “Qarabağ” daha yaxşı oynadı.

 

- “Qarabağ”ın meydana bu heyətlə çıxacağını gözləyirdiz?
- Bəli, əvvəlcədən rəqibin bu heyətlə oynayacağını gözləyirdik.

 

- Ötən il “Qəbələ”yə, bu il isə “Qarabağ”a böyük hesabla uduzduz. Bakını sizin üçün uğursuz şəhər saymaq olar?
- Sadəcə, onu deyə bilərəm ki, Azərbaycan futbolu bizdən yüksək səviyyədədi.


Digər xəbərlər

Xəbər xətti