Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” “Samtredia”nı 5:0 hesabıyla məğlub etdi.
Sportarena.az xəbər verir ki, bu qələbə “köhlən atlar”ın azarkeşlərini nə qədər sevindirsə də, oyun zamanı bu klubun “İmarət” azarkeş qrupuyla polis arasında baş vermiş xoşagəlməz hal bir o qədər təəssüfləndirib.
Belə ki, matç zaman fanklub tribunada bir həftə öncə erməni hərbçilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra ilə bağlı pankart açmaq istəsə də, polis buna icazə verməyib. Buna etiraz edən azarkeşlər tribunanı tərk edib. Ancaq onlar oyundan sonra olsa da, həmin pankartı tribunada açıblar.