Donald Gerryer: "Ardı gələcək" - MÜSAHİBƏ

02:12 12 İyul 2017

"Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun yeni transferi Donald Gerye jurnalistlərə müsahibə verib.

 

- İlk rəsmi oyununda qol vurdun. Özünü təbrik edə bilərsən, yoxsa oyununda çatışmayan cəhətlər var idi?
- Özümü təbrik edə bilmərəm. Biz bir komandayıq, kollektivi təbrik edirəm. Oyunda belə hesab qeydə alınsa da, arxayınlaşmırıq. Cavab oyununa da ciddi hazırlaşacağıq.

 

- Debüt matçın idi. Atmosfer, azarkeşlər və ilk oyunun haqda düşüncələrin necədi?
- “Visla” və “Alanyaspor”da da oynayanda belə atmosfer altında çıxış edirdik. Oyuna bu qədər azarkeş gəlirdi. Onlara təşəkkür edirik. Onlarsız futbol oynaya bilmərik. Növbəti oyunlarda da bizi dəstəkləsinlər.

 

- İlk oyununda qol vuracağına inanırdın?
- “Visla” və “Alanyaspor”da da ilk oyunumda qol vurmuşdum. Mən hələ tam hazır deyiləm. Öz üzərimdə çox işləməliyəm. Düşünürəm ki, ardı gələcək.

 

- “Qarabağ”a keçidin necə alındı?
- Agentim mənə “Qarabağ” səni transfer etmək istəyir” deyəndə şad oldum. Dərhal “Qarabağ”la maraqlandım. Oyun tərzlərinə baxdım. Dedim ki, bu komanda mənim üçün mükəmməldi. Topla oynamağı mən də sevirəm. Məşqlərdə də topla çalışmalara üstünlük veririk.

 

- Bura gəlməyində “Zirə”də çıxış edən millidəki komanda yoldaşın Kervan Belforun rolu oldu?
- Fərqi yoxdu, Kervan Belfor burda olsaydı da, olmasaydı da, seçimi müsbət dəyərləndirəcəkdim. Dənizin dibinə düşsəm, balıqlarla dil tapa bilərəm. Mənim beynimdə ancaq futbol oynamaqdı.

 

- “Qarabağ”ın hədəfi ÇL-nin qrupudu. Bunu bacarmaq olar?
- Əlbəttə, mümkündü. Heyətdə səviyyəli oyunçular var. Hədəfə çatmaq üçün əziyyət çəkməlisən. Bununla yanaşı, keyfiyyətli oyunçu və məşqçi ilə hər işi bacarmaq olar.


Digər xəbərlər

Xəbər xətti