"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubuna 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib.
Sportarena.az xəbər verir ki, klub rəsmisi jurnalistlərin suallarını cavablandıırb.
- “Qarabağ” Çempionlar Liqasına 5:0-lıq qələbə ilə başladı. Hesabın belə böyük olacağını gözləyirdiz?
- Düzünü desəm, yox. 5:0 hesablı qələbə bizim də üçün sürpriz oldu.
- Bu gün komandanızın heyətində debüt edən yeni transferlərdən razı qaldız?
- Hamı necə, mən də elə. Təbii ki, razı qaldıq. Onlar özlərini yaxşı tərəfdən göstərdilər.
- “Qarabağ” bundan sonra da transfer reallaşdıracaq?
- Bu məsələ baş məşqçimiz Qurban Qurbanovun nəzarətindədi. Onu deyə bilərəm ki, axtarışlarımız davam edir.
- Bu qələbədən sonra Tiflisə turist kimi getməyə dəyər?
- Biz heç vaxt səfərə turist kimi getmirik. Heç kimə arxayınlaşmağı məsləhət görmürəm. Qarşıda hələ daha bir 90 dəqiqə var.
- Rəşad Sadıqovun zədəsi nə yerdədi?
- Oyun yenicə başa çatdığından məlumatsızıq. Yəqin ki, son durumu sabah biləcəyik.