"Qarabağ" qalib gəldi, Azərbaycan 2 pillə irəlilədi

11:15 12 İyul 2017

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqində irəliləməsinə səbəb olub.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz bu siyahıda iki pillə irəliləyib. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən daha biri ilk oyununu keçirdi. Belə ki, ÇL-də mübarizə aparan "Qarabağ" doğma meydanda Gürcüstan "Samtredia"sına 5:0 hesabıyla qalib gəldi.

 

Bu qələbə həm mövqeyimizin yaxşılaşmasına səbəb oldu, həm də ölkəmizin xal ehtiyatının zənginləşməsinə. Ağdam klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırdı.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 21-ci pillədəyik. Azərbaycanın hesabında 16.000 reytinq xalı var. "Qarabağ"ın zəfəri Bolqarıstan və Belarusu geridə qoymağımıza səbəb olub. Lakin onların da reytinq xalları 16.000 olduğundan, 3 ölkə hazırda 21-23-cü pillələri bölüşür. Azərbaycanın yeganə üstünlüyü avrokuboklardakı bütün təmsilçilərinin hələlik yolunu davam etdirməsidi. Bolqarıstanla Belarusun isə artıq hərəyə 1 təmsilçisi mübarizəni dayandırıb. Siyahının 20-cisi isə İsraildi. Yəhudilərin aktivində 17.125 xal var.

 

Qeyd edək ki, cari mövsümdə klublarmız meydana çıxdığı 5 görüşün hamısında qalib gələrək maksimum - 1.250 xal toplayıb.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir.


Digər xəbərlər

Xəbər xətti