Gürcü müdafiəçinin hakim bəhanəsi - "Qapımıza absurd bir penalti təyin edildi"

15:23 12 İyul 2017

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a 0:5 hesabıyla uduzan “Samtredia”nın futbolçusu Georgi Mçedlişvili oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Gürcüstan mətbuatına danışan müdafiəçi, hakimlərin oyunu bərbad idarə etdiklərini deyib:

 

“Elə təkcə ilk 10 dəqiqədə hakim bizim komandaya 3 sarı vərəqə göstərdi. Bu, çox şeydən xəbər verir. 10-cu dəqiqədə isə qapımıza absurd bir penalti təyin edildi. Orda heç bir qayda pozuntusundan söhbət gedə bilməzdi. Əlbəttə, “Qarabağ” güclü komandadı. Lakin biz də öz oyunumuzu sərgiləyə bilmədik. Hamı gördü ki, hakimlər oyunu çox bərbad idarə etdilər”.


Digər xəbərlər

Xəbər xətti