Canluici Donnarumma “Milan”la müqaviləsini uzadıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı qolkiperlə 2021-ci ilə qədər müqavilə imzalanıb. Gənc qolkiperin illik məvacibi 6 milyon avro olacaq. Onu heyətinə qatmaq istəyən klub isə ən azı 70 milyon avro təzminat ödəməli olacaq.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan gənc qolkiper "Milan"ın yetirməsidir.