“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Samtredia” ilə matç haqda fikirlərini yazıb.
Sportarena.az xəbər verir ki, futbolçu Bakıda 5:0 hesabı ilə məğlub etdikləri Gürcüstan təmsilçisiylə cavab oyununu gözləməyə səbrinin çatmadığını bildirib. Jezniçak “facebook” səhifəsində bunları yazıb:
“Qarabağ”dakı ilk oyunumuz artıq geridə qaldı. 5:0 hesabı ilə qalib gəldiyimizə görə çox sevinirəm. Növbəti oyunu gözləməyə səbrim çatmır”.
Qeyd edək ki, "Samtredia" - "Qarabağ" qarşılaşması iyulun 18-də keçiriləcək.