"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi - YENİLƏNİB

14:17 14 İyul 2017

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib. Ağdam təmsilçisi ilk matçda 5:0 hesabı ilə məğlub etdiyi "Samtredia"nı keçsə, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Tərəflər arasında keçirilən ilk görüşdə Moldova təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.


III mərhələnin ilk oyunları 25-26 iyulda, cavab matçları 1-2 avqustda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti