“Mançester Siti” Kayl Uolkerin transferiylə bağlı “Tottenhem”lə razılığa gəlib.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Britaniya mətbuatı yayıb. Xəbərdə “şəhərlilər”in 27 yaşlı müdafiəçi üçün 50 milyon funt-sterlinq ödəyəcəyi qeyd edilib. Bonuslarla birlikdə isə bu məbləğ 53 milyon funt-sterlinqə çatacaq.
Bununla da, Uolker Rahim Sterlinqi geridə qoyaraq, ən bahalı ingilis oyunçu, həmçinin, David Luisi üstələyərək, futbol tarixinin ən bahalı müdafiəçisi olacaq.