Qurban Qurbanov: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır” - AÇIQLAMA

17:32 14 İyul 2017

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportrena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” 2-ci mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

 

“Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov püşklə bağlı fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

 

“Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-də baş tutacaq “Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.


Digər xəbərlər

Xəbər xətti