İngiltərə millisinin qapıçısı Co Hartın yeni klubu bəlli olub.
Sportarena.az xəbər verir ki, Hart karyerasını vətənində davam etdirəcək. İngiltərə Premyer Liqa təmsilçisi “Vest Hem” 30 yaşlı qolkiperi icarəyə götürür. Bu barədə məlumatı “goal.com” saytı yayıb.
Xəbərdə London klubuyla Hartın müqaviləylə məxsus olduğu “Mançester Siti” arasında bağlanacaq müqavilədə “çəkicdöyənlər”in qolkiperin xidmətindən razı qalacağı təqdirdə, icarə müddətinin sonunda onu transfer etmək haqqına sahib olacağı qeyd edilib.
Xatırladaq ki, ingilis qapıçı son mövsümdə icarə əsasında İtaliya A seriyası təmsilçisi “Torino”da çıxış edib.