"Başakşehir” "Hannover”in futbolçusunu heyətinə qatıb.
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter” səhifəsi məlumat yayıb. İstanbul təmsilçisi müqaviləsi başa çatan türk futbolçu Mevlüt Erdinçlə anlaşıb. 30 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanacağı bildirilir.
Qeyd edək ki, Erdinç ötən mövsüm icarə əsasında "Mets”də çıxış edib.