Hakan Şükür və Arif Ərdəmin medalları geri alındı

12:55 15 İyul 2017

Türkiyə Nazirlər Kabineti yeni Qanun Hökmündə Qərarnamələri yayımlayıb.

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni qərarlar arasında FETÖ-yə üzv olan keçmiş futbolçular Hakan Şükür və Arif Ərdəmin medal və ordenləri geri alınıb.

Qərar hər iki şəxsin terror təşkilatlarına üzv olması iddiası ilə verilib.

Qeyd edək ki, xaricdə olan H.Şükür və A.Ərdəm haqqında bir neçə aydır axtarış elan edilib.


Digər xəbərlər

Xəbər xətti