"Neftçi"nin sabiq futbolçusu Jayo Rodriges özünə yeni komanda tapıb.
Sportarena.az xəbər verir ki, mövsüm başa çatdıqdan sonra "ağ-qaralar"dan göndərilən müdafiəçi karyerasını İranda davam etdirəcək. 24 yaşlı futbolçu ölkənin yüksək liqasında mübarizə aparan "Sepahan" klubu ilə razılıq əldə edib. Onunla yaxın günlərdə 2 illik müqavilə imzalanacaq.
"Sepahan" Jayro ilə yanaşı, iraqlı hücumçu Marvan Əl-Əjeelli ilə də razılıq əldə edib.
Qeyd edək ki, Jayro 2015-ci ildən "Neftçi"də top qovurdu. O, "ağ-qaralar"ın heyətində iştirak etdiyi 33 matçda 2 qol vurmuşdu.