"Qarabağ"ın oyununa bütün təyinatlar açıqlandı

10:15 16 İyul 2017

@Qarabağ"ın Gürcüstanda "Samtredia" ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün bütün təyinatlar açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Srcan Yovanoviçə Uroş Stoykoviç və Milan Mixayloviç yan xətt, Marko Popoviç dördüncü hakim qismində yardımçı olacaqlar. Rumıniyalı Pol Daniel Zaharya UEFA nümayəndəsi, macarıstanlı Laslo Vaqner isə hakim-inspektordur. 


İyulun 18-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti