İyulun 10-dan etibarən Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan "Səbail" hazırlığını davam etdirir.
Sportarena.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı komanda ötən gün hazırlıq prosesi çərçivəsində "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) klubu ilə yoxlama oyunu keçirməli idi. Lakin bu görüş əlverişsiz hava şəraiti ucbatından baş tutmayıb. Bu barədə Premyer Liqada debüt etməyə hazırlaşan klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, "Səbail" Türkiyədəki ilk sınaq matçında Omanın U-23 yığmasıyla qarşılaşıb və heç-heçəyə razılaşıb - 0:0.