Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında “Samtredia” ilə qarşılaşacaq “Qarabağ” bu gün Gürcüstana gedəcək.
Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu Tiflisə çarter deyil, adi şərnişin reysi ilə saat 20.10-da yola düşəcək. Sabah “Qarabağ”ın oyunun keçiriləcəyi Tiflisdəki Boris Payçadze adına stadionda məşqi nəzərdə tutulub.
Xatırladaq ki, bu komandaların ilk matçında Ağdam klubu 5:0 hesabı ilə qalib gəlib.