İngiltərənin "Mançester Siti" klubu növbəti transferini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, "şəhərlilər" "Vasku da Qama"nın yarımmüdafiəçisi Duqlas Luisi heyətə qatıblar. 19 yaşlı braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatının yaydığı məlumata görə, bu transferə görə "Mançester Siti" 13 milyon avrosundan keçib.
Lakin Premyer Liqa təmsilçisi yeni transferinin xidmətindən yararlana bilməyəcək. Buna səbəb gənc futbolçunun Britaniyada işçi vizası əldə edə bilməməsidi. MS məhz bu səbəbdən Luisi yeni mövsümdən İspaniya La Liqasında çıxış edəcək "Jirona"ya icarəyə verib.
Qeyd edək ki, "Vasku da Qama"nın yetirməsi olan Duqlas peşəkar karyerasına 2016-cı ildən başlayıb. Braziliyanın U-20 yığmasının üzvü bu komandada 25 oyuna 3 qol vurub.