Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb.
Sportarena.az xəbər verir ki, həmyerlimiz ÇL-nin II təsnifat mərhələsinin cavab matçında – “Rosenborq” (Norveç) - “Dandalk” (İrlandiya) oyununda iş başında olacaq.
Ağayevə yan xətdə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov olacaq.
Qeyd edək ki, bu komandalar arasında İrlandiyada keçirilən ilk görüş 1 - 1 hesablı bərabərliklə başa çatıb.