Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” sabah səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq.
Sportarena.az xəbər verir ki, bu gün saat 19:30-da "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov Tbilisidə media mənsublarının suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
“Samtredia” - “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək. Bu komandalar arasında Bakıda baş tutmuş ilk oyun təmsilçimizin 5:0 hesablı qələbəsiylə nəticələnib.