"Bursaspor"un baş məşqçisi millimizin üvzü barədə: "Mən onunla bağlı məsuliyyəti öz üzərimə götürdüm"

17:53 17 İyul 2017

Ötən mövsümün gedişində “Bursaspor”dan kənarlaşdırılan millimizin hücumçusu Dəniz Yılmazın bağışlandığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Bursa klubunun baş məşqçisi Pol Le Quen Türkiyə mətbuatına açıqlamasında Dənizin bu gündən etibarən komanda ilə məşqlərə başlayacağını bildirib:

 

“Bir neçə gün öncə mətbuat konfransında Dənizlə klub rəhbərliyi arasında problemlərin həll edilməsinin çətin olduğunu demişdim. Doğrudan da, çox çətin idi. Lakin bu gün keçmişin keşmişdə qalmalı olduğu, klubun mənafeyinin hər şeydən irəli olduğu fikrindəyəm.

 

Klubun mənafeyini nəzərə alaraq, Dənizin bizim üçün faydalı olacağını düşünürəm. Hazırda bizim üçün ən əsas olan şey qarşılıqlı anlaşmadı. Bunu da ən yaxşı şəkildə həyata keçirməyə çalışırıq və bundan sonra da çalışacağıq. Dəniz bu gün komanda ilə ilk məşqinə çıxacaq. Əminəm ki, o da keçmişdə olanları unudacaq və komandanın uğur qazanması üçün səylə çalışacaq. Mən onunla bağlı məsuliyyəti öz üzərimə götürdüm. Bir nəfərin bu məsuliyyəti öz üzərinə götürməsi lazım idi. Dənizin komandada qalmasını istədim. Ümid edirəm, komandanın mənafeyi baxımından düzgün qərar olacaq. Dənizə yeni mövsümdə uğurlar diləyirəm”.

 

Xatırladaq ki, Dəniz Yılmaz ötən mövsümün gedişində intizamsızlığa görə komandadan kənarlaşdırılmışdı.


Digər xəbərlər

Xəbər xətti