Sabiq "Neftçi"li "Ştuttqart"da

18:19 17 İyul 2017

Almaniya Bundesliqa təmsilçisi "Ştuttqart" cari mövsüm "Eştoril" klubunda çıxış edən Aylton Silva ilə anlaşıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, yeni mövsümdən etibarən Bundesliqada çıxış edəcək komanda 22 yaşlı müdafiəçinin transferini həll edib. Braziliyalı futbolçu bu gün yeni komandasında tibbi müayinədən keçəcək. Transferin digər detalları haqda isə məlumat verilməyib.
 
Qeyd edək ki, Aylton 2015/16 mövsümündə icarə əsasında "Neftçi"də çıxış edib. O, paytaxt klubunda 36 oyun keçirmişdi və 3 qol vurmuşdu. Cinah müdafiəçisi cari mövsüm "Eştoril"in heyətində 22 oyun meydanda olub. Silva müqavilə Braziliyanın "Fluminense" klubuna məxsusdur.


Digər xəbərlər

Xəbər xətti