Qurban Qurbanov: "Bizim də çatışmazlıqlarımız var"

10:13 18 İyul 2017

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” klubu ilə cavab matçına çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:


“İlk qarşılaşmadan sonra bildirmişdim ki, rəqibimiz yaxşı oyun göstərir və əzmkar mübarizə aparırlar. Ötən oyunda da hər qol buraxdıqdan sonra daha aqressiv oynayırdılar. Bunu xüsusilə qeyd edərdim. İlk oyundakı hesaba baxmayaraq, rəqib xoş sözlərə layiqdi. Bizim də çatışmazlıqlarımız var, bunları da aradan qaldırmaq üçün oyun təcrübəsinə ehtiyacımız var. Nə qədər çox oyun keçirsək, bizim üçün o qədər yaxşıdı. Sabah meydanda tam hazır olan futbolçular yer alacaq. Oyuna gəldikdə isə rəqibin imkan verdiyi qədər hücum edəcəyik. Hücum etməklə yanaşı müdafiə olunmağı da unutmamalıyıq. Sabah bizi Bakıdakından daha aqressiv qarşılaşma gözləyir”.

 

Qeyd edək ki, "Samtredia" - "Qarabağ" qarşılaşması sabah saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti