Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb. Qurban Qurbanovun yetirmələri ilk oyunda evdə 5:0 hesabıyla məğlub etdiyi “Samtredia”nı səfərdə də məğlub edib. Bu oyunla yanaşı dünən daha 6 matç baş tutub.
Bu gün keçiriləcək 10 oyunla isə 2-ci təsnifat mərhələsinə yekun vurulacaq. Eyni zamanda, "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gələcək. "Kukesi" - "Şerif" cütünün qalibi növbəti mərhələdə Ağdam klubu ilə qarşılaşacaq.
Çempionlar Liqası: 2-ci təsnifat mərhələsi, cavab oyunları
18 iyul
Astana (Qazaxıstan) - Spartak (Latviya) 1:1 (ilk oyun 1:0)
Alaşkert (Ermənistan) - BATE (Belarus) 1:3 (1:1)
Vardar (Makedoniya) - Malmö (İsveç) 3:1 (1:1)
Samtredia (Gürcüstan) - Qarabağ (Azərbaycan) 0:1 (0:5)
TNS (Uels) - Rieka (Xorvatiya) 1:5 (0:2)
Vikinqur (Farer adaları) - Hafnarfyordur (İslandiya) 0:2 (1:1)
Buduçnost (Monteneqro) - Partizan (Serbiya) 0:0 (0:2)
19 iyul
Dudelanj (Lüksemburq) - APOEL (Kipr) 0:1 (0:1)
Rusenborq (Norveç) - Dandalk (İrlandiya) 2:1 (1:1)
Kopenhagen (Danimarka) - Jilina (Slovakiya) 1:2 (3:1)
Kukesi (Albaniya) - Şerif (Moldova) 2:1 (0:1)
Ludoqorets (Bolqarıstan) - Jalgris (Litva) 4:1 (1:2)
Maribor (Sloveniya) - Zrinski (Bosniya və Herseqovina) 1:1 (1:2)
Zalsburq (Avstriya) - Hibernians (Malta) 3:0 (3:0)
Legia (Polşa) - Mariehamn (Finlandiya) 6:0 (3:0)
Seltik (Şotlandiya) - Linfild (Şimali İrlandiya) 4:0 (2:0)
Honved (Macarıstan) - Hapoel (Beyer-Şeva, İsrail) 2:3 (1:2)