“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda “Samtredia” ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə erməni işğalı altında olan Qarabağın Azərbaycan torpaqları olması haqda açıqlama verib. Klubun saytında baş məşqçinin bu fikirləri yer alıb:
"Mən azərbaycanlıyam. Azərbaycanımı da sevirəm və bunu da bilirəm ki, Qarabağ bizimdi. Təbii ki, bu adın məsuliyyətini anlayıram və bu ad üçün mübarizə aparmaq hər birimizin mənəvi borcudu. Biz nə isə sübut etmək üçün yox, xalqımız üçün meydana çıxırıq".
“Qarabağ” Bakıdakı ilk oyunda “Samtredia”nı 5:0 hesabı ilə məğlub edib.