Totti yekun qərarını verdi - AÇIQLAMA

16:21 18 İyul 2017

Ötən mövsümdə “Roma”da futbolçu karyerasını bitirən Françesko Totti paytaxt klubunda qalacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə sabiq hücumçu özü “Roma TV”-yə açıqlamasında məlumat verib. Totti bundan sonra klubda idarəçi olaraq çalışacağını bildirib:

 

“Futbolçu həyatım sona yetdi. İndi klub idarəçisi olaraq daha bir önəmli hissə başlamaq üzrədi. Futbolçu olaraq yaşıl meydanda etdiyimin eynisini həyata keçirməyə çalışacam”.

 

Xatırladaq ki, Totti futbolçu karyerası ərzində yalnız “Roma”da çıxış edib. O, paytaxt klubunda şans qazandığı 786 oyunda 307 qola imza atıb. Bir müddətdi Tottinin yayda MLS-ə yollanacağı barədə xəbərlər yayılsa da, “Roma”nın yaşayan əfsanəsi doğma klubunda qalmaq qərarı verib.


Digər xəbərlər

Xəbər xətti