"İnter"i 12 ildi məskunlaşdığı "İnter Arena"dan çıxaran "Aqrarkredit" Zaqatala Olimpiya Kompleksinə də "əl qoyub".
Sportarena.az Sportinfo.az-a istinadən xəbər verir ki, bank olmayan kredit şirkətinin nümayəndələri hazırda burda təhvil-təslimlə məşğuldu. Sözügedən kompleks Azərbaycan Beynəlxalq Bankının (ABB) balansındadı. ABB-nın problemli kreditləri ilə məşğul olmaq "Aqrarkredit"ə tapşırıldığından, nəzarət onlara keçib.
"Zaqatala" doğma yurd-yuvasından didərgin düşməyəcək. Gənclər və İdman Nazirliyi stadionun onların balansına verilməsi məqsədilə "Aqrarkredit"ə müraciət edib. Danışıqlar prosesinin müsbət nəticələnməsi gözlənilir.