Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Georgi Tsetsadze UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a məğlub olduqları (0:1, ilk oyun 0:5) cavab matçını şərh edib.
Sportarena.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis bunları söyləyib:
- Fikir bildirmək niyyətində deyiləm. Bizim üçün çox çətin oyun oldu. Komandamızın oyunundan heç də razı qalmadım. Belə oyun gözləmirdik.
- “Samtredia” “Qarabağ”a çatmaq üçün nə qədər məşq etməlidi?
- Bu, yalnız zamanla əlaqədar olan məsələ deyil.
- Son zamanlar Gürcüstan komandalarının böhran içində olduğu deyilir. Bu, nə ilə bağlıdı?
- Gürcüstan futboluna özümüz diqqət yetirəcəyik. Yəqin ki, vəziyyət düzələndən sonra siz də buna sevinəcəksiz.
- Hər iki oyunda məğlub olduz. Sizcə, hansı səhvlər həlledici oldu?
- Bu gün bizim klubun məğlubiyyətinə sevinən hər kəsi təbrik edirəm. Düşünürəm ki, səhvlərimiz var idi. Qol vurmamaq komanda üçün mənfi addımdı. Düşünürəm ki, “Qarabağ” kimi güclü komandaya qarşı oynamağa hazır deyilik. (Komanda.az)