“Fənərbaxça”ya lazım olmayan futbolçu “Qalatasaray”da

13:25 19 İyul 2017

“Fənərbaxça” ilə yollarını ayıran Volkan Şən karyerasını bu klubun əzəli rəqibi olan “Qalatasaray”da davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Volkanın “sarı-qırmızılar”la böyük ölçüdə anlaşdığı, transferin tezliklə rəsmən açıqlanacağı qeyd edilib. Son iki mövsümü “Fənər”də keçirən sol cinah yarımmüdafiəçisi “cim-bom”la 2+1 illik müqavilə bağlayacaq.

 

O, yeni klubunda illik 1,5 milyon avro qazanacaq. “Qalatasaray” həmçinin, müqavilə üçün Volkana 1 milyon avro da ödəyəcək. Bu məbləğin isə transfer hüququna yiyələnmək üçün “Fənərbaxça”ya çatacağı gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti