"Bavariya"nın yeni kapitanı müəyyənləşdi

17:24 19 İyul 2017

“Bavariya”nın yeni kapitanı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Filip Lamın mövsümün sonunda karyerasını bitirməsindən sonra sahibsiz qalan kapitanlıq sarğısını komandanın qapıçısı Manuel Noyer daşıyacaq. Bu barədə Münhen klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge Almaniya mətbuatına açıqlamasında məlumat verib.

 

O, bütün komandanın 30 yaşlı qolkiperi sevdiyini və ona hörmət etdiklərini, buna görə, kapitanlıq sarğısını onun daşımasının daha doğru olduğunu bildirib.

 

Qeyd edək ki, Almaniya millisinin də “1 nömrə”si olan qapıçı 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti