Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, II təsnifat mərhələsinin ilk görüşündə Albaniyanın "Kukesi" klubunu doğma meydanda qalib gələn (1:0) Moldova çempionu "Şerif" cavab görüşündə 1:2 hesablı məğlubiyyətə rəğmən, səfərdə vurduğu qol sayəsində "Qarabağ"a rəqib olub.
Qeyd edək ki, Ağdam klubunun üçüncü mərhələdə ilk oyunu Bakıda, cavab matçı səfərdə olacaq. ÇL-də üçüncü təsnifat mərhələsinin ilk oyunları 25-26 iyul, cavab matçları 1-2 avqustda keçiriləcək.