Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanda "Samtredia"ya qarşı keçirdiyi səfər matçından sonra ötən gün Bakıda məşqlərini bərpa edib.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi klubun bazasında məşqə çıxıb. "Samtredia" ilə matçda meydanda olan futbolçular bərpa məşqiylə kifayətləniblər. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçiriblər.
Qeyd edək ki, "Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsi çərçivəsində Moldova çempionu "Şerif"lə qarşılaşacaq. Təmsilçimiz iyulun 25-də Bakıda bu rəqiblə ilk oyuna çıxacaq.