Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

14:32 20 İyul 2017

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi iyulun 26-da və 29-da “Dalğa Arena”da Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, hər iki oyunun start fiti saat 19:00-da səslənəcək.  Qarşılaşmalara hazırlıq məqsədilə bu gündən etibarən Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.

 

Toplanışda aşağıdakı futbolçular iştirak edəcək:

 

Günay İsmayılova, Rövşanə Sərdarlı, Susən Mənsimzadə (hamısı “Fidan”), Aytac Şərifova, Kristina Bakarandze (hər ikisi “Okjetpes “, Qazaxıstan), Nigar Abdulova, Kamilla Məmmədova, Vüsalə Hacıyeva, Roza Quliyeva, Həqiqət Qasımova (hamısı “Təhsil”), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova (hər ikisi “Sumqayıt”), Aysun Əliyeva (“Samsunspor”, Türkiyə), Manə Mollayeva (“Kubanochka”, Rusiya), Cəmilə Hüseynova (“Məşəl”), Firəngiz Teymurova, Bozdağ Peritan (hər ikisi “Konakbelediyyespor”, Türkiyə), Güləmbər Qasımova (“Qəbələ”), Sevinc Cəfərzadə (“Rossiyanka”, Rusiya), Natalya Rodelgo (“Atletiko”, Madrid, İspaniya), Jalə Məhsimova (klubsuz), Merve Özdemir (“Ayntraxt”, Almaniya), Nigar Mirzəliyeva (“Mingəçevir”), Öznur Taş (“Antalyaspor”, Türkiyə).


Digər xəbərlər

Xəbər xətti