Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Şerif” - “Qarabağ” matçının keçiriləcəyi saat müəyyənləşib.
Sportarena.az xəbər verir ki, oyun avqustun 1-də, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Matç Tiraspol şəhərindəki “Şerif” stadionunda keçiriləcək.
Xatırladaq ki, bu komandalar arasında ilk oyun iyulun 25-də saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.