Əliyar Ağayev "Rusenburq"un oyununu idarə etdi

16:13 20 İyul 2017

Azərbaycanlı hakimlər UEFA Çempionlar Liqasında daha bir oyun idarə ediblər.

 

Sportarena.az xəbər verir ki, FİFA referisi Əliyar Ağayev ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Rusenborq" (Norveç) - "Dandalk" (İrlandiya) matçında fit çalıb. Ona bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.  Ağayev bu oyunda hər komandanın 2 futbolçusuna sarı vərəqə göstərib.

 

Qarşılaşmaya gəlincə, 3 qolun vurulduğu görüşün qalibi norveçlilər olublar - 2:1. Elə növbəti mərhələyə vəsiqə qazanan klub da "Rusenburq" olub.


Digər xəbərlər

Xəbər xətti