Əliyar Ağayev yenə ÇL-in oyununa təyinat aldı

16:50 21 İyul 2017

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Çempionlar Liqası matçına təyinat alıb.

Sportarena.az xəbər verir ki, o, 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya)- “Viktoriya” (Çexiya) oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov  yerinə yetirəcək. Oyun iyulun 25-də keçiriləcək.

Qeyd edək ki, Əliyar Ağayev iyulun 19-da keçirilən ÇL-nin II təsnifat mərhələsinin “Rosenborq” (Norveç) - “Dandalk” (İrlandiya) oyununu da idarə edib. 


Digər xəbərlər

Xəbər xətti