“Mançester Siti”nin müdafiəçisi Aleksandr Kolarov karyerasını “Roma”da davam etdirəcək.
Sportarena.az xəbər verir ki, bunu Britaniya mətbuatına açıqlamasında “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola deyib.
Qeyd edək ki, serbiyalı müdafiəçini “Qalatasaray” və “Beşiktaş” da heyətinə cəlb etmək istəyirdi.