“Real”ın yarımmüdafiəçisi Luka Modriç forma nömrəsini dəyişib.
Sportarena.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Xorvat futbolçu yeni mövsümdən 10 nömrəli formanı geyinəcək.
Ötən mövsümə kimi bu nömrə altında bir neçə gün əvvəl “Bavariya”ya keçən Xames Rodriges çıxış edirdi. Modriç özü isə “19 nömrə”ni geyinirdi.